COP29

Bakının tıxac dərdi: “10 dəqiqəlik yolu 1 saatdır fırlanırıq” - VİDEO

12 Sentyabr 07:40 Problem 286
Bakının tıxac dərdi: “10 dəqiqəlik yolu 1 saatdır fırlanırıq” - VİDEO

Son günlər Bakı şəhərinin əksər küçə və prospektlərində, xüsusilə paytaxtın şimal girişi və Bakı-Sumqayıt magistralına çıxan yollarda güclü tıxaclar müşahidə edilir.

Həftəsonu keçiriləcək Formula 1 yarışları ilə əlaqədar paytaxtın mərkəzi yollarının bağlanması və ya darlaşdırılması, şəhərin cənub girişi olan Lökbatan dairəsindən mərkəzə doğru hərəkətin qadağan edilməsi və paralel olaraq bir sıra küçə və prospektlərin təmir edilməsi şəhərdə nəqliyyat gərginliyinin kəskin artmasına gətirib çıxarıb.

Sürücülər və sərnişinlər bəzi hallarda Masazır dairəsindən 20 Yanvar metrostansiyasına 10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata gəldiklərini bildirirlər.

Eyni vəziyyət digər istiqamətlərdə - Ziya Bünyadov prospekti, Babək prospekti, Bakı-Sumqayıt yolu, Bakı-Şamaxı yolu, Binəqədi şosesi və digər ərazilərdə də davam edir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Formula 1 yarışları ilə bağlı məhdudiyyət tətbiq edilən yolların bəziləri sentyabrın 11-13-ü aralığında müəyyən edilmiş pik saatlarda, bəzi məhdudiyyətlərlə açıq olacaq.

Bu da müəyyən qədər nəqliyyat sıxlığının azalmasına gətirib çıxara bilər.

Mövzu ilə bağlı ARB kanalının çəkdiyi sujeti təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?