COP29

“Üçtərəfli razılaşmaları şübhə altına almaq son dərəcə təhlükəlidir”

29 Avqust 2024 08:00 Problem 424
“Üçtərəfli razılaşmaları şübhə altına almaq son dərəcə təhlükəlidir”

“Ermənistan, Rusiya və Azərbaycan başçıları arasında 2020-2022-ci illər arasında qəbul edilmiş üçtərəfli sazişləri şübhə altına almaq cəhdləri son dərəcə təhlükəlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.

O, vurğulayıb ki, Moskva Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaları etibarlı hesab edir.

Zaxarovanın sözlərinə görə, bu sazişlər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün bütün əsas yolları əhatə edir:

“Xatırlatmaq istərdim ki, bu sazişlər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün bütün əsas yolları, o cümlədən sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafını əhatə edir”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı