COP29

"Mən belə şeylərə fikir vermirəm" - Anası hicablı olduğuna görə onu təhqir edənlərə dedi

28 Avqust 15:40 Problem 376
"Mən belə şeylərə fikir vermirəm" - Anası hicablı olduğuna görə onu təhqir edənlərə dedi

Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeç anası ilə bağlı paylaşımına yazılan təhqirlərə cavab verib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Sabah”a danışıb.

Türkiyəli atıcı bu sözləri deyib:

“Hər zaman bunu deyirəm: Allah ana sevgisini, vətən sevgisini bu ölkənin gənclərinin qəlbindən əskik etməsin.

Çünki anasından utanan ölkəsindən də utanar. Anasını sevməyən vətənini sevə bilməz.

Mustafa Kamal Atatürkün anası Zübeyde ananın fotosuna baxsınlar. O şəkillə bunun arasında nə fərq görürlər?

Mən belə şeylərə fikir vermirəm. Bizim görməli olduğumuz çox iş var.

Amma bu cür zehniyyətə təslim olmayacağıq. Ölkəmiz daha yaxşı şeylərə nail olacaq”.

Yusuf Dikeç hicablı anası ilə şəkil paylaşdığına görə təhqirlərə məruz qalmışdı.

Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran 51 yaşlı Yusuf Dikeç əli cibində atış etməklə dünyanın gündəminə düşmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti