COP29

İki aparıcı “dinamo”çu “Qarabağ”la matçda olmayacaq, biri də...

27 Avqust 08:40 Problem 765
İki aparıcı “dinamo”çu “Qarabağ”la matçda olmayacaq, biri də...

“Dinamo”nun (Zaqreb) zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin

“Qarabağ”la Zaqrebdə baş tutan ilk görüşündə zədə alan Stefan Ristovskinin Bakıdakı matçda iştirak etməyəcəyi dəqiqləşib.

Komandanın digər üzvü – Ariyan Ademinin isə oynaması sual altındadır. Xorvatiya çempionatının IV turunun “Qoritsa” ilə oyununda başından zərbə alan Sami Mmainin durumu isə qənaətbəxşdir.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti