COP29

Paytaxtdakı bu yolda vəziyyət sakinlərdə narazılıq yaratdı - VİDEO

27 Avqust 07:30 Problem 357
Paytaxtdakı bu yolda vəziyyət sakinlərdə narazılıq yaratdı - VİDEO

Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsinin sakini yaşadığı binanın qarşısından keçən yoldakı vəziyyətdən narazıdır.

Sosial mediada video paylaşan vətəndaş piyada nişanı olmasına baxmayaraq, ərazidə piyada zolağının olmadığını bildirib.

Yerüstü nişanın da ağacın budaqları arasında qalaraq görünmədiyini göstərən sakin yaşlıların və uşaqların bu ərazidə təhlükə ilə üzləşəcəyini vurğulayıb.

Şikayətçi qeyd edib ki, yolda bir neçə kilometr məsafədə geriyədönmə və ya həyətlərə daxil olmaq üçün qırıq xətlər də qoyulmayıb.

Bu da sakinlərin 20 nömrəli məktəb istiqamətində evlərinə gedərkən Nəriman Nərimanov heykəli və eyniadlı prospekti dolanaraq qayıtmaq məcburiyyətində qaldığını deyib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik (qafqazinfo).

Qurumdan saytımıza bildirildi ki, ötən həftə Mikayıl Müşfiq küçəsində təmir və xətlənmə işləri başa çatdırılıb və vətəndaşın qeyd etdiyi hallar artıq aradan qaldırılıb.

Digər Xəbərlər
Xəbər Lenti