COP29

“Bu peyvəndin Azərbaycana gətirilməsi gündəmdə deyil”

22 Avqust 2024 07:50 Problem 402
“Bu peyvəndin Azərbaycana gətirilməsi gündəmdə deyil”

“Azərbaycana suçiçəyi əleyhinə peyvəndin gətirilməsi hələ ki, nəzərdə tutulmayıb”.

Bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva nazirliyin sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib.

“Dünyada belə bir peyvənd var. Lakin Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən daha aktual peyvəndlər tətbiq edilir.

Bu vaksini Milli Peyvənd Təqviminə salan ölkələr də var. Ola bilər ki, yaxın illərdə nə vaxtsa gətirilsin, lakin hazırda bu peyvəndin Azərbaycana gətirilməsi gündəmdə deyil”.

A. Əliyeva, həmçinin əlavə edib ki, sentyabr-oktyabr aylarında Azərbaycana qripə qarşı peyvənd gətiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti