COP29

Azərbaycan klubunda maaş qalmaqalı böyüyür - "Axı biz də insanıq"

21 Avqust 17:00 Problem 1 268
Azərbaycan klubunda maaş qalmaqalı böyüyür - "Axı biz də insanıq"

"Sumqayıt" Futbol Akademiyasından narazılıqlar bitmir.

Bu dəfə adlarının açıqlanmasını istəməyən bir neçə məşqçi redaksiyamıza üz tutub.

Onların ortaq şikayəti maaşlarını vaxtı-vaxtında ala bilməmələridir.

"Kredit ödənişlərini vaxtında ödəyə bilmirik. Ayı ayı borcla calayırıq. Dərdimizi kimə deyək? Bizə baxan yoxdur.

Gecikmələr son yarım ildə adət halını alıb.

Səbəb kimi klubun büdcəsində maliyyə kəsintisinin olması göstərilir.

Bir müddət əvvəl bu səbəbdən bir neçə məşqçi ilə yollar ayrılıb. Yenə dəyişən nəsə yoxdur.

İşləməyə davam edənlərin əksəriyyəti özünə ikinci iş tapıb.

Onsuz da aldığımız maaş dolanışacaq üçün yetərli deyil.

Onu da vaxtında ala bilmirik. Bu qədər əcnəbi futbolçu almaq olur, amma bizim qəpik-quruş edən maaşlarımızı ödəmək yox. Belə şey olar? Axı biz də insanıq. Ailələrimiz var. Problemlərini həll etməliyik".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…