COP29

AFFA rəhbərliyi bu işi yenə yanlış adama tapşırdı - VİDEO

17 Avqust 20:40 Problem 1 201
AFFA rəhbərliyi bu işi yenə yanlış adama tapşırdı - VİDEO

“AFFA-da İnkişaf Departamenti yaradılmalıdır”.

Bu açıqlama ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin eksperti Emin Abbasova məxsusdur.

O bildirib ki, AFFA futbolun inkişaf strategiyasının hazırlanması üçün “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələri ilə onlayn formatda görüş keçirib.

Qeyd edib ki, prosesə yerli mütəxəssilərin cəlb olunması da qərara alınıb. Bu məqsədlə klub nümayəndələri, futbol adamlarına da öz təkliflərini yazılı şəkildə bildirmələri təklif olunub.

Abbasov vurğulayıb ki, Yaşar Seyidov bu sahədəki 30 illik təcrübəsinə əsaslanaraq futbolun inkişaf strategiyasını hazırlayıb.

Təcrübəli futbol adamı artıq strategiyanı AFFA-ya da göndərib. İnkişaf planında tək nəzəriyyəyə əsaslanan yox, həm də Azərbaycan futbolunun real imkanları ilə uzlaşan tələb və təkliflər ortaya qoyulub.

Tanınmış teleşərhçi bildirib ki, AFFA inkişaf strategiyasının hazırlanması işini Lisenziyalaşdırma Komissiyasının sədri Elçin Məmmədova tapşırıb.

O, Məmmədovu “peşəkar kadr” adlandırıb, haqqında müsbət fikirlər səsləndirib, eyni zamanda, deyib ki, federasiya rəhbərliyi yanlış seçim edib. Çünki bu, adıçəkilən komissiyanın sədrinin sahəsi deyil.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…