COP29

Azərbaycanda meymunçiçəyinə yoluxan varmı?

16 Avqust 07:30 Problem 341
Azərbaycanda meymunçiçəyinə yoluxan varmı?

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb.

Bu barədə Səhiyyə Nazirliyindən “qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır.

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Bu məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib.

Bu il həmin virusa 14000-dən çox yoluxma olub və 524 ölüm hadisəsi baş verib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…