COP29

Azərbaycan klubunda kütləvi narazılıq - Futbolçular "Sportinfo"ya üz tutdu

17 Avqust 21:00 Problem 2 096
Azərbaycan klubunda kütləvi narazılıq - Futbolçular "Sportinfo"ya üz tutdu

Yeni mövsümdən İkinci Liqada mübarizə aparacaq "Hypers"dЭn narazılıq var.

Bu barədə redaksiyamıza üz tutan futbolçular giley-guzar ediblər.

Kollektiv ötən mövsüm Həvəskar Liqada mübarizə aparırdı.

Burada sezonu 2-ci pillədə qapayan komanda II Liqaya vəsiqə uğrunda pley-off mərhələsində "Şəfa" ilə qarşılaşıb.

Və ümumi hesabda rəqibinə 4:1 (2:0, 1:2) qalib gələrək bir üst liqaya vəsiqə qazanıb.

Komandanın baş məşqçisi Vüqar Nadirov yarımhəvskar liqa üçün yeni komanda formalaşdırmaq qərarı verib.

Bu səbəbdən uğur qazanan heyətin böyük əksəriyyəti ilə yollar ayrılıb.

Etiraza səbəb də verilən bu qərardır.

Futbolçular iddia edir ki, ötən futbol mövsümünün sonu uğur qazanan kollektivin əksəriyyətinin İkinci Liqada da komanda ilə olacağı barədə vəd verilib.

Lakin mövsümün startına az qalmış "Hypers" rəsmiləri vədinə əməl etməyib.

Maraq üçün əlavə edək ki, bu ildən "Hypers" Qubanı təmsil edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…