COP29

ŞOK AÇIQLAMA: “Əsas günahkarlar Fərid Qayıbov və onun müavinidir”

12 Avqust 13:20 Problem 1 051
ŞOK AÇIQLAMA: “Əsas günahkarlar Fərid Qayıbov və onun müavinidir”

“Olimpiada bitdi. Azərbaycan heç 2012-ci (9 medal) və 2016-cı il (18 medal) uğurlarını da təkrarlaya bilmədi.

Cəmi 7 medal qazanmışıq, Onun da 5-ni bizə legionerlər (xarici mənşəli idmançılarımız) gətirdi.

Bu o deməkdir ki, milli idmanın vəziyyəti acınacaqlıdır”.

Sportinfo.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, ildən ilə daha çox pul xərclənir, amma nəticə yoxdur:

"Bunun da əsas günahkarları bunlardır: gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva (o da bir növ legionerdir.

Amma heç bir səmərəsi yoxdur, üstəlik, vətəni Bolqariyada parlament spikeri erməni əsilli Raya Nazaryandır).

Hələ 2021-ci ildə nazir təyin olunandan sonra Qayıbov bəyan etmişdi ki, nazirliyin inkişaf strategiyasını hazırlayacaq. Amma nazirliyin saytında göstərilir ki, “Hazırda strategiya hazırlanma mərhələsindədir”.

3 il bəs etmədi? Strategiyasız necə işləyir bu nazirlik? Nəticəsi göz qabağındadır...".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…