COP29

“Burada uğursuz oldu, Azərbaycana yaxşı maliyyə təklifi aldığı üçün getdi”

11 Avqust 22:05 Problem 3 067
“Burada uğursuz oldu, Azərbaycana yaxşı maliyyə təklifi aldığı üçün getdi”

Frank De Blekerenin AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması ölkəri Belçikada təəccüblə qarşılanıb.

Sportinfofo.az yerli mətbuata istinadən xəbər verir ki, FIFA referisinin yeni iş yeri kimi Azərbaycanı seçməsi maliyyə ilə əlaqələndirilib.

Belə ki, məqalədə De Blekerenin yüksək maliyyə qarşılığında AFFA-nın təklifini qəbul etdiyi bildirilib:

“Bu, 58 yaşlı mütəxəssisin ilk ölkə xarici təcrübəsi olacaq. Çünki hakimlik karyerasını bitirdikdən bəri yalnız Belçika Futbol Assosiasiyasında çalışıb.

Lakin onun da yer aldığı briqadanın uğursuz fəaliyyəti nəticəsində bu illər ərzində belçikalı hakimlərin səviyyəsi ürəkaçan olmadı.

Yekunda da assosiasiya onlarla yolları ayırmaq qərarına gəldi. De Blekere isə ekzotik ölkə olan Azərbaycana yaxşı maliyyə təklifi aldığı üçün getdi”.

Frank De Blekere AFFA ilə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…