COP29

Biz niyə futbolda Gürcüstandan çox geridəyik?

11 Avqust 08:30 Problem 552
Biz niyə futbolda Gürcüstandan çox geridəyik?

AFFA-nın yeni rəhbərliyi futbolun inkişaf strategiyasının hazırlanması üçün xarici şirkətlərlə əməkdaşlığa başlayıb.

Bu məsələdə yerli mütəxəssislərin fikirlərini də öyrənirlər.

Bəzi futbol adamları artıq yazılı şəkildə öz təkliflərini göndəriblər. Bu mövzuda fikirləri maraq doğuran adamlardan biri də tanınmış futbol adamı, AFFA-da Təhsil proqramının rəhbəri Aslan Kərimovdur.

Sportinfo.az xəbər verir ki, sportal.az-a danışan ekspert prioritet sayılan uşaq futbolu ilə bağlı vacib məqamlara toxunub:

"İnkişaf strategiyasını hazırlayan xarici şirkətin nümayəndələri gələn həftə bizimlə görüş keçiriləcəklər. Amma bu görüş sırf maarifləndirmə ilə bağlı olacaq.

Strategiyaya gəlincə, hamı uşaq futbolunun inkişaf etdirilməsinin lazım olduğunu deyir, amma haradan başlayıb, konkret hansı istiqamətlər üzrə getməyin incəliklərindən danışan yoxdur.

Burada əsas üç istiqamət var - kütləvilik, infrastruktur və maarifləndirmə. Düşünürəm ki, bizdə kütləvilik baxımından problem yoxdur,

insanlar futbolu çox sevirlər. Yaralı yerimiz infrastrukdurdur.

Hamı bizi Gürcüstan millisiylə müqayisə edir, amma deyən yoxdur ki, onların şəraiti bizdən yaxşıdır.

Gürcüstanda az qala hər küçədə, hər məhəllədə futbol meydançaları var. Bizdə isə heç akademiyalarda uşaqların məşq etməsi üçün meydança çatmır.

Elə olur ki, hətta uşaqlar meydançanın 1/4 hissəsində məşq etmək məcburiyyətində qalırlar. İlk növbədə infrastruktur problemini həll etmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…