COP29

Paşinyan Bakıya gələcəkmi?

11 Avqust 07:20 Problem 389
Paşinyan Bakıya gələcəkmi?

Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr dəyişikliyi edəcək.

Bu barədə Ermənistanın “Joxovurd” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, avqustun 12-si baş nazirin məzuniyyəti başa çatır. Paşinyan qayıtdıqda Nazirlər Kabinetində dəyişiklik etməyi planlaşdırır.

Həmçinin gözlənilir ki, Paşinyan mətbuat konfransında Azərbaycanla sülh müqaviləsinin imzalanması, Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı konkret mesajlarla çıxış edəcək.

Bundan başqa, hökumət dairələri təsdiq ediblər ki, Ermənistanın noyabrda Bakıda keçiriləcək COP29-da iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar tezliklə veriləcək.

Azərbaycan Ermənistanı COP29-a dəvət edib. İrəvan hələlik tədbirdə iştirak edib-etməməcəyi barədə qərar verməyib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…