Bakı Olimpiya Stadionu (BOS) öz qapılarını klubların üzünə bağlayıb.
Arena cari ilin sonlarına kimi öz funksiyası üzrə fəaliyyətini dayandırıb.
Bu, noyabr ayında Bakıda keçiriləcək COP-19 beynəlxalq işlim tədbiri ilə əlaqədardır. BOS COP-19-un mənzil-qərargahı olaraq seçilib.
Burada yerləşmiş bütün təşkilat və şirkətlər, eləcə də, «CBC Sport» telekanalı dekabra qədər öz işlərini başqa məkanda görməli olacaqlar.
BOS-un ehtiyat meydançası bir çox klubun, eləcə də, aşağı yaş qrupları üzrə yığmaların sığınacağı sayıla bilər.
«Zirə», «Araz-Naxçıvan», «Qəbələ», «Turan Tovuz» və digərləri gündəlik məşqləri əsasən burada keçirib.
SPORTİNFO.AZ