“Mən daha çox oynamağı düşünürəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında qapıçı Rəşad Əzizli deyib.
Ötən mövsümü “Qəbələ”də keçirən, “qırmızı-qaralar”ın Premyer Liqanı tərk etməsindən sonra klubsuz qalan və hələ də özünə yeni ünvan tapmayan kipper üzləşdiyi vəziyyətlə bağlı maraqlı fikirlər söyləyib:
“Çox pul tələb edirəm? Elə söhbət yoxdur.
Müqavilə bağlayanda istəyim odur ki, müqavilədə daha çox oynayacağım təqdirdə daha çox məvacib alacağımla bağlı bənd olsun.
Bu da normal haldır. Rəqabət və balans olan komandada çıxış etmək hər bir futbolçuya zövq verir”.
30 yaşlı qapıçı karyerası ərzində “Neftçi”, “Simurq”, “Şüvəlan”, “Sumqayıt”, “Səbail”, “Keşlə”, “Zirə”, “Şamaxı”, “Qəbələ”nin şərəfini qoruyub, bütün yaş qruplarından ibarət millilərdən dəvət alıb.