COP29

“Milliyə düşürsən, variant olmur, düşmürsən, yenə olmur”

18 İyul 20:40 Problem 699
“Milliyə düşürsən, variant olmur, düşmürsən, yenə olmur”

“Bir variant var idi, o da alınmadı.

Sonuncu gündə ümumi razılığa gələ bilmədik, hazırda başqa təklif yoxdur”.

Ötən mövsüm “Qəbələ”nin şərəfini qoruyan Rəşad Əzizli Sportinfo.az-a açıqlamasında gələcək karyerası ilə bağlı danışıb.

Bölgə təmsilçisində inamlı çıxışı ilə Azərbaycan millisinə dəvət alan təcrübəli kiperin klubsuz qalması şübhə doğurmaya bilməz.

Səbəbkarın özü də üzləşdiyi vəziyyətdən təəccübləndiyini gizlətmir. Buna baxmayaraq, məşqlərini edir, klublardan biri ilə anlaşacağına ümid edir:

“İndiki vəziyyətdə edə biləcəyim məşqlərimi davam etdirməkdir ki, formada qalım. 10 günə yaxındır fərdi məşqlərə başlamışam.

Hansısa komandaya qoşulsam, hazır vəziyyətdə olacağam. Bu vəziyyət özümə də maraqlıdır, açığı.

Hər bir futbolçunun məqsədi milli komandadan dəvət almaqdır. Milliyə düşürsən, variant olmur, düşmürsən, yenə olmur.

Başa düşmürəm ki, təklif almaq üçün nə etmək lazımdır?"

30 yaşlı qapıçı karyerası ərzində “Neftçi”, “Simurq”, “Şüvəlan”, “Sumqayıt”, “Səbail”, “Keşlə”, “Zirə”, “Şamaxı”, “Qəbələ”nin şərəfini qoruyub, bütün yaş qruplarından ibarət millilərdən dəvət alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?