COP29

Xocalı aeroportunda dəyişiklik ediləcək, təkmilləşdirmə işlərinin aparılacaq - FOTO

7 İyul 08:10 Problem 587
Xocalı aeroportunda dəyişiklik ediləcək, təkmilləşdirmə işlərinin aparılacaq - FOTO

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev Xocalı hava limanında olub.

Xocalı aeroportunun infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub.

Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır.

Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.

Xocalı rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib.

Dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?