COP29

Millinin yeni baş məşqçisinin neçə yerli köməkçisi olacaq?

5 İyul 19:20 Problem 933
Millinin yeni baş məşqçisinin neçə yerli köməkçisi olacaq?

Millinin yeni baş məşqçisi Fernandu Santuşun yerli köməkçilərinin adına yaxın günlərdə aydınlıq gələcək.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Qurumdan bildirilib ki, hazırda Bakıda olan portuqaliyalı mütəxəssislə müvafiq istiqamət üzrə məsləhətləşmələr aparılacaq.

Ona bir neçə nəfərin namizədliyi təklif ediləcək. Polşa yığmasının sabiq çalışdırıcısı onlar barədə ətraflı məlumat aldıqdan sonra öz qərarını verəcək.

Korpusda ən azı 1 azərbaycanlı məşqçi yer aldacaq. Bu say ikiyə də çata bilər. Amma ehtimal elə də çox deyil.

Çünki Santuş özünün əvvəldən tanıdığı yardımçılarla işləməyə üstünlük verdiyini bəribaşdan federasiyanın diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq