COP29

AFFA-nın "təmir”dən çıxardığı stadion bərbad gündə - VİDEO+FOTOREPORTAJ

30 İyun 18:35 Problem 3 390
AFFA-nın "təmir”dən çıxardığı stadion bərbad gündə - VİDEO+FOTOREPORTAJ

AFFA apreldə açıqladığı hesabatda qurumun balansında olan stadionların saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər şeyd olunub.

Burada qeyd edilib ki, Ağsu stadionunda aparılan təmirə 110 min 367 manat xərclənib.

2011-ci ildə açılışı olmuş arena 3 min tamaşaçı tutumuna malikdir.

Ötən ilin noyabrında başlayan və bu ilin martında tamamlanan təmir işlərindən sonra oturacaqlar dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb, ərazidə ümumi abadlıq işləri görülüb.

AFFA-dan verilən rəsmi açıqlamada o da qeyd edilirdi ki, stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.

Bu gün iyunun 30-dur. Yeni mövsümün açılışına artıq cəmi 1 ay qalıb. Təəssüf ki, aradan ötən aylar ərzində burada heç bir iş görülməyib.

Federasiya əlindəki geniş maliyyə rıçaqlarına rəğmən, əlini ağdan qaraya vurmayıb.

İstifadə müddəti çoxdan keçmiş süni meydança «qan ağlayır».

Uzaqdan meydança pis görünməyə bilər, amma tribunadan aşağı düşüncə, sahəyə yaxın gedərkən görürsən ki, qazon «canını tapşırıb», bəzi yerlərə yamaq vurulub.

Rezin dənəciklər olmadığından, süni «ot»un dibi qaralıb. Beton üzərində quraşdırılmış «xalça»nın drinaj sistemi yoxdur, varsa da, qətiyyən işləmir.

Yağış suyunun axıntısı üçün nəzərdə tutulmuş «arx»ın qoruyucu qati əksər yerlərdə qırılıb.

Allah eləməsin, hansısa futbolçu meydanın düz «qulağının dibi»ndə yıxılsa, elə orada da qalacaq, əl-ayağı şikəst olacaq.

Belə yerdə oynamaq böyük təhlükədir. Ümid edirik ki, AFFA-nın yeni rəhbərliyi Bakıdakı kondisionerli otaqlarından çıxıb Ağsuya gələcək, bütün bunları öz gözləriylə görəcəklər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti