COP29

“Futbolçu yetişməyincə, bizə adlı-sanlı məşqçi lazım deyil”

29 İyun 21:00 Problem 623
“Futbolçu yetişməyincə, bizə adlı-sanlı məşqçi lazım deyil”

“Futbolçu yetişməyincə, bizə adlı-sanlı məşqçi lazım deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Vidadi Rzayev deyib.

O bildirib ki, AFFA yığmanə hər dəfə müxtəlif əcnəbi mütəxəssislərə tapşırmaqla səhv edir.

Vaxtilə “Neftçi”, “Şəmkir”, “Kəpəz”, “Qarabağ” kimi bir çox iddialı klubların formasını geyinmiş müsahibin fikrincə, hazırkı şəraitdə xaricilərin futbolumuzu inkişaf etdirmək şansı yoxdur.

Sitat:

“Nə etməliyik? Birinci növbədə futbolçu yetişdirməliyik, legioner həyatına güc verməliyik.

Avropa çempionatına gedən Gürcüstan millisinin 24-25 futbolçusu var, onlardan ikisi Gürcüstan çempionatında çıxış edir, qalanları legioner həyatı yaşayırlar. Biz də bu yolu tutmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti