COP29

Qapıçı ilə toqquşdu, huşunu itirdi - AVRO-2024-də qorxulu anlar

24 İyun 15:20 Problem 391
Qapıçı ilə toqquşdu, huşunu itirdi - AVRO-2024-də qorxulu anlar

Ötən gün AVRO-2024-ün A qrupunun son oyununda təhlükəli anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, Macarıstanın heyətindən Varqa Barbanas 70-ci dəqiqədə şotlandiyalı qapıçı Qunn ilə toqquşub.

Zərbədən huşunu itirən Varqaya bir müddət meydançada ilkin müdaxilə edilib. Komanda yoldaşları və rəsmilər futbolçunun görüntülənməməsi üçün ətrafına düzülüblər.

Bundan sonra o, təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Daha sona Varqanın huşunun yerinə gəldiyi barədə açıqlama verilib.

Macarıstan Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək qrup üçüncüsü olub.

Digər Xəbərlər
Xəbər Lenti