COP29

Ermənistana bunu vəd ediblər - ŞOK MƏQAMLAR!

10 İyun 14:30 Problem 856
Ermənistana bunu vəd ediblər - ŞOK MƏQAMLAR!

Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvandan tələb etdiyi addımlardan biri də ATƏT-in Minsk qrupu ilə bağlıdır.

Rəsmi Bakının tələbinə əsasən, keçmiş münaqişə vəziyyətinə müvafiq olaraq yaradılmış, əslində, heç bir iş görməyən Minsk qrupunun buraxılması ilə bağlı da rəsmi İrəvan öz mövqeyini ortaya qoymalıdır

. Lakin bu qrup Ermənistan üçün hələ də hansısa mənafe və mənfəətlər vəd etdiyindən İrəvan Minsk qrupunun "dirilməsində" maraqlı görünür.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, hazırda Ermənistan bir zamanlar ona konkret havadarlıq edən Minsk qrupuna öz “vəfa borcunu” ödəyir:

“ATƏT Ermənistanı saxlayan, onlara biznes layihəsi kimi gəlir gətirən prosesi dəstəklədiyi üçün, hazırda İrəvan bir növ “vəfa borcunu" yerinə yetirir. Faktiki olaraq, Minsk qrupunun həmsədrlərinin hər üçü Ermənistanı dəstəkləyən dövlətlər idi. İndi də ABŞ və Fransa Ermənistanın təxribatları dəstəkləyir. Amma Azərbaycan birtərəfli şəkildə ATƏT-dən imtina edib. Beynəlxalq hüquqa görə, hər hansı bir dövlət yaradılmış beynəlxalq təşkilatdan çəkilirsə, bunu 6 ay öncədən rəsmi şəkildə bəyan edir. Azərbaycan Prezidenti də artıq bunu bəyan edib və bu 6 ay müddət də keçib. Beynəlxalq hüquqa əsasən, ratifikasiya olunmuş qərardan imtina etmək lazımdır. Bunu isə parlament etməlidir”.

Politoloq ATƏT-in Minsk qrupunun 30 il ərzindəki fəaliyyətinin Azərbaycan üçün heç bir müsbət nəticə vermədiyini qeyd edib:

“Bütün hallarda ATƏT-in fəaliyyəti Azərbaycan üçün yarıtımazdır. Eyni zamanda 30 ilə yaxın ərazilərimizin işğal altında qalmasına və dağıdılmasına səbəb olan bir qurumdur. Əgər hansısa beynəlxalq təşkilat birtərəfli qaydada 1 dövlətin yanında olacaqsa, digər dövlətin maraqlarına zidd hərəkət edəcəksə, təbii ki, həmin dövlət o beynəlxalq təşkilatı qəbul etməyəcək. Bu baxımdan Azərbaycanın atdığı addımlar tamamilə qanunauyğundur. Həmçinin Ermənistan əgər həqiqətən sülh istəyirsə, konstitusiya və müstəqillik aktındakı Azərbaycanın ərazi bütövlüyünə zidd olan məsələlərdən imtina etməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti