COP29

“Ayağı ota dəyməyən bəzi insanlar məşqçilik edir, mən isə…”

14 May 21:00 Problem 665
“Ayağı ota dəyməyən bəzi insanlar məşqçilik edir, mən isə…”

“Vaxtilə qolumdakı kapitan sarğısı ilə komandanı arxamca aparırdım, indi sürücü kimi sərnişinləri mənzil başına çatdırıram.

Əlbəttə, bu, mənə ağır gəlir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında keçmiş futbolçu Əli İsmayılov deyib.

“Kəpəz”in sabiq kapitanı və məşqçisi hazırda Gəncədə ictimai nəqliyyatda sürücülük edir.

Vaxtilə “Kəpəz”, “Ədliyyə”, “Bakılı”, “Qəbələ”, “Muğan”, “Tərəqqi” kimi komandaların şərəfini qorumuş, sonradan “Qəbələ”də və “Kəpəz”də məşqçi işləmiş Əli İsmayılov bu gün avtobus idarə edir.

Sonuncu dəfə Yaşar Vahabzadənin dönəmində Gəncə təmsilçisində köməkçi-məşqçi kimi çalışmış 43 yaşlı mütəxəssis 2022-nin payızından bu yana futboldan uzaq düşüb:

“Şəhərdə hamı məni tanıyır. Ftbolçu, məşqçi kimi görüblər, indi avtobus sürürəm.

Sağ olsunlar, soruşurlar, maraqlanırlar, hörmət edirlər. Anadan olan gündən ayağı ota dəyməyən bəzi insanlar futbolda məşqçilik edir, ömrünün yarısını yaşıl meydanlara həsr edən adam sürücülük edir.

Tək mən deyiləm. Vidadi Rzayev, Mustafa Əsədov və digərləri də var”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?