COP29

"Ermənistan ətrafındakı vəziyyət İranı narahat edir - onlar hərbi əməkdaşlığa hazırdırlar"

19 Fevral 18:30 Problem 309
"Ermənistan ətrafındakı vəziyyət İranı narahat edir - onlar hərbi əməkdaşlığa hazırdırlar"

“İranın müxtəlif dairələri ilə görüşlərim və müzakirələrim zamanı Süniklə (Zəngəzur-red.) geniş söhbətlər apardım”.

Bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, İran rejimində Zəngəzur mövzusunu həm coğrafi, həm də siyasi baxımdan Qarabağ məsələsi ilə eyni müstəvidə hesab edənlər çoxdur.

“Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da İranın maraqlarına böyük ziyan vurmaq kimi qəbul edilir. Orda belə bir fikir var ki, Ermənistan və İran Zəngəzurun təhlükəsizliyi və sabitliyi üçün addımlar atsalar da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə İran daim təhlükəsizlik təhdidi altında olacaq. Ermənistan və xüsusən də Zəngəzur ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir və bu riskləri neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar”,-deyə revanşist siyasətçi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar