COP29

"Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə..."

4 Dekabr 2023 16:30 Problem 1 243
"Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə..."

Ermənistan parlamentinin Dövlət və hüquq məsələləri daimi komissiyasının növbədənkənar iclasında hazırda “Ayakve” mülki qanunvericilik təşəbbüsünün irəli sürdüyü qanun layihəsi müzakirə edilir.

Təşəbbüs üzvləri və buna dəstək verən ermənilər parlament binası yaxınlığında toplaşıblar.

Həmin qanun təşəbbüsünə görə, Qarabağın Azərbaycanın tərkibində sayılması cinayət sayılır.

“Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan adıçəkilən komissiyanın 12 üzvündən 8-nin hakim “Vətəndaş sazişi” partiyasının üzvü olduğunu xatırladıb.

“Onlar öz mövqelərini müxtəlif yollarla ifadə ediblər və bu da hüquqi baxımdan zəif, absurd və əsassız cavabdır. Əgər Qarabağı yenidən geri qaytarmaq istəyiriksə, öncə onun öz müqəddəratını təyinetmə hüququnu bərpa etməliyik”, - deyə Çalabyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?