“Ermənistanın təhlükəsizlik sistemi şaxələndirilməlidir və bir mərkəzdən asılı olmamalıdır”.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
BƏƏ-nin erməni icması ilə görüşdə Vaaqn Xaçaturyan ölkənin təhlükəsizlik problemləri ilə üzləşdiyini deyib:
“Ermənistanın uzun illərdir içində olduğu təhlükəsizlik sistemi işləməyib”.
O, həmçinin qonşularla sülhün alternativ olmadığını deyib.