«Həmin hadisədən sonra ona Qazaxıstanda işləməyə imkan vermədilər».
Bu sözlər Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun vaxtilə üzləşdiyi neqativ olaydan bəhs edib.
Bildirib ki, 12 il qabaq Qazaxıstanda «Atırau»nun sükanı arxasına keçən mütəxəssis ondan qabaq zədədən əziyyət çəkən və komandada rəqabətə davam gətirməyən erməni futbolçunu əvəzedici heyətə göndərdiyi üçün böyük təzyiqə məruz qalıb.
Yerli federasiya müxtəlif vasitələrlə onu sıxışdırmağa başlayıb və o, nəticədə iş yerindən ayrılmaq məcburiyyətində qalıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: