COP29

Əli Nağıyev: “Azərbaycanın erməni əhalisini birlikdə yaşamağa dəvət edirik”

18 Sentyabr 2023 18:50 Problem 404
Əli Nağıyev: “Azərbaycanın erməni əhalisini birlikdə yaşamağa dəvət edirik”

“Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar”.

Bu sözləri “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.

“Onda sual doğur, necə olmuşdur ki, hərbi münaqişə başlayanadək erməni əhali uzun müddət Bakı şəhərində və Azərbaycanın digər yerlərində, o cümlədən Dağlıq Qarabağda hörmətli vətəndaşlar kimi komfort şəraitdə yaşamış, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olmuşlar. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfesiyalı dövlətin əsasını təşkil edirlər. Biz Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik. Azərbaycan dövləti və azərbaycanlılar müharibə istəmirlər. Bizi bu gün hərbi təcavüz nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin daha tez bərpası və öz vətənində köçkün olmuş 750 min əhalimizin qısa vaxt ərzində öz evlərinə qaytarılması düşündürür”, - Ə. Nağıyev əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?