COP29

"Demək istəyir ki, onun məqsədi Qarabağın müstəqilliyi olub?"

29 May 2023 03:50 Problem 1 022
"Demək istəyir ki, onun məqsədi Qarabağın müstəqilliyi olub?"

"Bu gün rəhbər tutduğumuz Alma-Ata Bəyannaməsini Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan imzalayıb.

Bu bəyannamə o deməkdir ki, sovet respublikalarının inzibati sərhədləri dövlət sərhədlərinə çevrilir və onlar toxunulmaz hesab olunur".

Bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənib.

“Həmin sazişi Ter-Petrosyan imzalayıb və səhv etmirəmsə, Ter-Petrosyanın çoxluq təşkil etdiyi parlament tərəfindən də ratifikasiya edilib. Həmin vaxt o, parlamentin sədri olub. Serj Sarkisyan və Robert Köçəryan isə Ermənistan Ali Sovetinin deputatları idilər. Bəyannaməni imzaladıqdan sonra Ter-Petrosyan rusdilli “Zerkalo” qəzetinə müsahibə verib və bunları söyləyib: “Bu gün Rusiya muxtariyyətlərinin statusu Dağlıq Qarabağ əhalisini tam qane edərdi. Biz daha çox istəmirik”. İndi deyirlər ki, onların siyasi mübarizəsinin mənası və məqsədi müstəqillik idi? Müstəqillik uğrunda mübarizə aparırdılarsa, deməli, 1998-ci ildə hakimiyyət dəyişikliyi bu adamlar məğlub olduqları üçün baş verib. Onlar çıxıb deyəcəklər ki, camaat, siz nə danışırsınız, biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq, Qarabağın müstəqilliyini tanıyırıq”, - deyə Paşinyan söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti