COP29

Bu qol Ehtiram Quliyevi məst etdi, 10000 manat artıq pul verdi

13:00 Problem 766
Bu qol Ehtiram Quliyevi məst etdi, 10000 manat artıq pul verdi

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Premyer Liqanın 16-cı turunda «Şamaxı» üzərində qələbədən vəcdə gəlib.

O, 3:2 hesabıyla qalib gələn komandasına ayırdığı mükafatı artırıb.

İş adamı Roderik Millerin 90+4-cü dəqiqədə vurduğu qolla 3 xal qazanan kollektivə 40 min deyil, 50 min manat pul verib.

Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib.

9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb.

Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib.

Alexandro Serrano penalti zərbəsindən fərqlənib. Tovuzluların qələbə qolunu Roderik Miller vurub. Panamalı futbolçu 90+4-cü dəqiqədə fərqlənib.

Bu nəticənin ardından "Turan Tovuz" 30 xalla üçüncü, "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti