COP29

Ermənistan kanalının Naxçıvanın kəndiylə bağlı reportajı ölkəni qarışdırdı: VİDEO

1 İyun 2021 12:50 Problem 3 774
Ermənistan kanalının Naxçıvanın kəndiylə bağlı reportajı ölkəni qarışdırdı: VİDEO

Ermənistanın İctimai Televiziyası Naxçıvanın Kərki kəndi ilə bağlı reportaj hazırlayıb.

Sportinfo.az xəbər verir ki, erməni müxbir “Tiqranaşen” (Kərki kəndi) yazılan lövhənin qarşısında dayanaraq, kəndin vaxtilə Azərbaycanın kəndlərindən biri, adının isə Kərki olduğunu bildirib.

Həmin görüntülərdən sonra ermənilər İctimai Televiziyanı tənqid etməyə başlayıb. Reportajın Paşinyanın istəyi ilə hazırlandığı vurğulanıb.

Bir müddət əvvəl erməni millət vəkili Vahe Qalumyan açıqlama verərək bildirmişdi ki, Tavuş bölgəsində Ermənistanın nəzarətində olan Azərbaycan torpaqları var: "Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar kəndləri xəritədə Azərbaycan əraziləridir".

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir