COP29

Azad edilmiş ərazilərə zibil atanları cərimə gözləyir – XƏBƏRDARLIQ!

18 Avqust 08:10 Problem 830
Azad edilmiş ərazilərə zibil atanları cərimə gözləyir – XƏBƏRDARLIQ!

Müəyyən olunmamış ərazilərə məişət tullantılarının atılması, təbiət ərazilərinin, çayların, çay vadilərinin, ümumiyyətlə su hövzələrinin məişət və digər tullantılarla çirkləndirilməsi Azərbaycan qanunvericiliyinə görə, hüquqi-inzibati məsuliyyət yaradır.

Yəni məişət tullantılarının hara gəldi atılması həm adi vətəndaşların, həm də vəzifəli və hüquqi şəxslərin cərimələnməsinə əsas yaradır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji TəhlükəsizIik Xidmətinin rəisi Hikmət Əlizadə “Qafqazinfo”ya bildirib ki, adətən yay aylarında insanların istirahət üçün ayaq basdıqları ərazilərdə məişət tullantıları ilə çirkləndirilmiş sahələrə rast gəlinir ki, bu da haqlı olaraq ictimaiyyət tərəfindən qınanılır.

H.Əlizadə bildirib ki, xüsusən bu günlərdə işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən çəmənliklərə məişət tullantılarını atanlar ölkə qanunları qarşısında məsuliyyət daşıyırlar.

“İctimai yerlərə, o cümlədən su tutarlarının ətrafına, su mənbələrinə, yol kənarlarına məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır və inzibati məsuliyyət yaradır.

Fiziki şəxslər üçün 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər üçün 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər üçün 10000 manata qədər cərimə nəzərdə tutulur.

Həmçinin aidiyyəti orqanlar bilməlidirlər ki, ərazilərin təmiz saxlanması, vətəndaşların təmizliyə dəvət edilməsi onların da funksional vəzifəsini təşkil edir və pozuntuya yol verildiyi halda tərəfimizdən müvadiq qaydada onlar barəsində də inzibati tədbirlər görüləcək”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…