COP29

“Ermənistana verilən vədlər bölgə üçün ciddi təhlükədir”

3 Sentyabr 07:10 Problem 1 000
“Ermənistana verilən vədlər bölgə üçün ciddi təhlükədir”

“Bu gün serbiyalı nazirlə münaqişə sonrası reallıqlar, ərazilərimizdə təmir-bərpa işləri, geri dönüş məsələləri barədə fikir mübadiləsi aparıldı”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müzakirələr zamanı Ermənistan konstitusiyasında, bir sıra normativ hüququ aktlarında Azərbaycan ərazisinə dair iddiaların qaldığı faktı qeyd olunub:

“Bu, sülh və normallaşma üçün ən ciddi təhdid elementi olaraq qalır. Hesab edirik ki, 2024-cü ildə ötən illə müqayisədə Ermənistan hərbi büdcəsinin təqribən 50 faiz artması bölgədə sabitlik, sülh və əmin-amanlığın yaradılmasına əngəl olan faktordur.

Bəzi ölkələrdə Ermənistana vədlərin verilməsi, təhrikedici addımların atılması bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

Tərəfimizdən müşahidələr aparılır və hesab edirik ki, Ermənistan sülh müqaviləsinin başa çatdırılmasında maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti