UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən "Malmo"nu (İsveç) cərimələyib.
Sportinfo.az xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin Çempionlar Liqasının pley-off mərhələsində evdə "Sparta" (Çexiya) ilə ilk oyunda qayda pozuntularına yol verməsidir.
Fanatların pirotexniki vasitələrdən istifadəsinə görə "Malmo" 38 000 avro cərimələnib.
"Malmo" pley-offda uduzmaqla Avroliqanın Liqa mərhələsinə düşüb.
"Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.