COP29

“Ermənistan qaz tranziti kimi Azərbaycan üçün də maraqlı olmayacaq”

3 Noyabr 08:00 Problem 1 156
“Ermənistan qaz tranziti kimi Azərbaycan üçün də maraqlı olmayacaq”

"Ermənistana qaz ixracı Azərbaycan üçün iqtisadi cəhətdən mümkün deyil".

Bunu enerji təhlükəsizliyi sahəsində ekspert, beynəlxalq məsələlər üzrə ekspert Armen Manvelyan “Enerji prosesləri: region” mövzusunda keçirilən seminarda deyib.

Erməni ekspertin cəfəng iddiasına görə, guya Azərbaycanın əlavə bazarlara ixrac etmək üçün artıq qaz həcmi yoxdur. “Üstəlik, onun artıq qaz tədarük etdikləri bazarlara (Türkiyə və Avropa İttifaqı) mavi yanacağın ixracını artırmaq problemi var”.

Deyib ki, Azərbaycan 30 milyard kubmetr qazın 22 milyard kubmetrini ixrac edib, qalan həcm daxili bazarda istehlak olunur, daha 1 milyard kubmetr isə Rusiyadan idxal edilir.

Manvelyan iddia edib ki, bu fonda Azərbaycan həm də ixrac imkanlarını ikiqat artırmalıdır.

Ekspert vurğulayıb ki, son illər Azərbaycanda neft hasilatı 40% azalıb, ona görə də Bakı da bu imkanları artırmaq üçün qazın bir hissəsindən istifadə edir.

O, deyib ki, Azərbaycan Türkiyəyə qazın hər kubmetrini təxminən 290 dollara satır, Ermənistan isə sərhəddə Rusiya qazını hər kubmetrini 165 dollara alır.

Ekspert onu da əlavə edib ki, Ermənistan qaz tranziti kimi Azərbaycan üçün də maraqlı olmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti