COP29

NAZİR: “Dövlətin dəstəyi olmadan inkişaf mümkün deyil”

28 Dekabr 11:00 Problem 722
NAZİR: “Dövlətin dəstəyi olmadan inkişaf mümkün deyil”

“Legionerlər daha çox bizim üçün yeni olan idman növlərindədir.

Gənclər hansısa peşəkar idmançıya baxıb nəsə öyrənməlidirlər, ona görə də düşünürəm ki, əcnəbi idmançı dəvət oluna bilər”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir Azərbaycan milli komandalarına legionerlərin cəlb olunmasından danışıb:

“Amma bir ara onların sayı çoxalmışdı. Açığı, bunu başa düşə bilmirdim. Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik.

Deyə bilərəm ki, onların sayı kifayət qədər azalıb. Amma ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir. Burada seleksiya işləri yaxşı aparılmalıdır.

Təəssüflər olsun ki, mütəxəssislərimiz çatışmır. Bunun üçün müəyyən işlər görülür.

Bilirsiniz ki, yaxşı mütəxəssis qısa zamanda yetişmir. İdman Akademiyasında da müəyyən dəyişikliklər etmək istəyirik.

Ona görə də əvvəlcə ölkə xaricindən mütəxəssislər dəvət edirik. Çünki hər şey sürətlə inkişaf edir, sistem də fərqlidir.

Yaxşı yerli mütəxəssislər yetişdirməliyik. Onların sayı çox olmalıdır ki, rəqabət artsın.

İdmançıların inkişafı üçün onların beynəlxalq yarışlarda iştirakı mütləqdir. Həm oradakı abu-havanı hiss edirlər, həm də təcrübə toplayırlar.

Prezident İlham Əliyev idmançılarla görüşdə dəqiqliklə dedi ki, dövlətin dəstəyi olmadan bu,inkişaf mümkün deyil. Bu dəstək isə illərdir var.

Nazirlik tərəfindən idmançılarımız vacib beynəlxalq yarışlara ezam olunurlar. Bəzən federasiyalar idmançıları öz hesabına da yarışlara göndərirlər.

Bəzi hallarda idmançılar öz hesablarına gedirlər. Təbii ki, əsas diqqət Olimpiya idman növlərinə yönəlib.

Amma çalışırıq ki, digər növləri də unutmayaq və onları da yarışlara ezam edək. Bunun üçün müvafiq büdcəmiz var.

Amma elə idman növləri var ki, orada yarışlar çoxdur. İdmançılar həmin yarışlara getməlidirlər.

Federasiyalar daha çox sponsor axtarırlar ki, idmançıların yarışdakı iştirakını təmin edə bilsinlər”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 18:00 Lənət olsun!
28 Dekabr 16:30 Çək və bizə göndər!