Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında amerikalı üzgüçülər Devid Conston və Lyuk Uitlok koronavirusa yoluxublar.
Sportinfo.az xəbər verir ki, bu barədə “SwimSwam” portalı məlumat yayıb.
Conston və Uitlokun təcrid olunmaq üçün otelə köçürüldüyü bildirilir.
Bundan əvvəl üzgüçülər - Böyük Britaniyadan olan Adam Piti və avstraliyalı Lani Pallister, eləcə də alman dekatman Manuel Eyteldə koronavirus aşkarlanıb.
Olimpiada başlamazdan əvvəl beş avstraliyalı su polosu oyunçusu koronavirusa yoluxub.
Parisdə keçirilən Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.