COP29

Premyer Liqa klubları ilə bağlı növbəti MÜHÜM QƏRAR VERİLDİ!

10:40 Premyerliqa 2 142
Premyer Liqa klubları ilə bağlı növbəti MÜHÜM QƏRAR VERİLDİ!

Premyer Liqanın növbəti mövsümündə legioner limiti tətbiq olunmayacaq.

Bu haqda AFFA-dan saytımıza məlumat verilib.

Qurumdan redaksiyamıza daxil olan xəbərə görə, məsələ rəhbərlik səviyyəsində müzakirəyə çıxarılıb və razılıq əldə edilib.

Belə ki, federasiya prezidenti Rövşən Nəcəf və İcraiyyə Komitəsinin əksər üzvləri əcnəbilərə qoyulan məhdudiyyətin götürülməsinə müsbət yanaşıb.

Limit tam ləğv ediləcək, amma bununla əlaqəli bəzi yeni qaydalar da əsasnaməyə əlavə olunacaq. Burada legionerlərin iştirak ərizəsinə salınmasından və rüsumlardan söhbət gedir.

İcraiyyə Komitəsi yanvarda növbəti iclasını keçirib. Yekun qərar verilib, rəsmi açıqlama məhz o vaxt açıqlanacaq.

Hazırda Premyer Liqada legioner limiti 7+4-dür. Mövcud limit artıq neçə ildir tətbiq olunur.

SPORTİNFO.AZ

Xəbər Lenti