COP29

İlkin Fikrətoğlu – Bu iki adamın Azərbaycana gəlişindən nə gözləmək olar?

2 Avqust 17:20 Premyerliqa 1 769
İlkin Fikrətoğlu – Bu iki adamın Azərbaycana gəlişindən nə gözləmək olar?

«Roman Qriqorçukla Kurban Berdiyevin gəlişi çempionatmıza əməli rəng qatacaq».

Bu fikirlər»Sportinfo TV»nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Bilindiyi kimi, mayda Miodraq Bojoviçi yola salan «Neftçi» Roman Qriqorçukla müqavilə imzalayıb.

Ukraynalı çalışdırıcı 2 il «ağ-qaralar»ın başında dayanacaq.

Kurban Berdiyev isə 2+1 il ərzində «Turan Tovuz»a rəhbərlik edəcək.

Tanınmış telejurnalist kifayət qədər təcrübəli məşqçilərin Azərbaycanda işləməyə razılıq verməsini mühüm hadisə adlandırıb:

«Bizim Qurban Qurbanov üçün bu iki təcrübəli mütəxəssislə, hgmçinin «Sabah»da zünü doğruldan Krunoslav Renduliçlə rəqabət əhəmiyyətlidir.

Samir Abasov və Rəşad Sadıqovun bu rəqabətə müdaxiləsi, Ayxan Abbasov və Elmar Baxşıyevin istər Qurbanlara, istərsə də Qrqorçuka sürpriz etmək potensialını nəzərə alsaq, qarşıda bizi olduyca maraqlı futbol mövsümü gözlədiyini deyə bilıərik.

Berdiyev böyük məbləğə gəlməyib, kiçik büdcəylə böyük nəticə qazanmağı bacaran məşqçidir və üstəlik, akademiyanın, aşağı yaş qruplarının inkişafına şəxsən nəzarət edəcək.

Beləliklə, çox tezliklə ölkənin müxtəlif stadionlarında öz sevimli təsbehini əlində tutan Kurban Berdiyevi görəcəyik.

Şahmatı və rus ədəbiyyatını sevən türkmən məşqçinin öz əcdadlarının - qədim türklərin folkloru olan sazı Tovuzda görüb sevəcəyini isə zaman göstəcək.

Əsas odur, Berdiyevi tələbkar Tovuz azarkeşi sevsin. Yoxsa “Ayxanın əvəzinə Qurban gəldi” yox, “Ayxan qurban getdi” deyiləcək.

Əgər Qriqorçuka “Qəbələ”də olduğu kimi rəhbərlik tərəfindən sərbəstlik verilərsə, işinə müdaxilə olmazsa, “Neftçi” azarkeşi uzun müddətdir həsrətində olduğu o güclü komandanı yenidən görə bilər.

Yox, hərəsi bir mənsəb sahibi olan klub idərəcilərindən təzyiq, işinə müdaxilə görərəsə, onda bizim tanıdığımız Qriqorçuk, çətin ki, “Neftci”də çox qala.

Hə, bir də ukraynalı məşqçiyə güvəndiyi oyuncuları transfer etmək, istədiyi iddialı heyəti qurmaq üçün imkan yaratmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti