COP29

“Sumqayıt” yenə uduzdu, “Qarabağ” evdə qazandı

14 Sentyabr 20:51 Premyerliqa 1 612
“Sumqayıt” yenə uduzdu, “Qarabağ” evdə qazandı

Premyer Liqada 6-cı tur davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Şamaxı" evdə "Sumqayıt"la qarşılaşıb. Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, bu mövsümdə 2-ci qələbəsini qazanan “Şamaxı” ən azı “Zirə” - “Neftçi” oyununun yekun nəticəsinə kimi 5-ci pilləyə yüksəlib.

Digər görüşdə son çempion "Qarabağ" "Səbail"i qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Bu qalibiyyətlə Ağdam təmsilçisi ən azı "Sabah" - "Turan Tovuz" matçının yekun nəticəsinə qədər 2-ci pilləyə yüksəlib.

Açılış matçında "Araz-Naxçıvan" "doğma divarlar" arasında "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.Tura sabah baş tutacaq "Zirə" - "Neftçi", "Sabah" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.

16:30. "Şamaxı" – "Sumqayıt" 1:0
Qol: Giorgi Kantariya, 2.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu

"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

19:00. “Qarabağ” – “Səbail” 2:1

Qollar: Leandro Andrade 5, 56 // Fərid Nəbiyev 58

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azərsun Arena”

"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?