COP29

Premyer Liqa iştirakçılarını gözləyən NÖVBƏTİ TƏHÜLKƏ

17 İyul 14:40 Premyerliqa 1 943
Premyer Liqa iştirakçılarını gözləyən NÖVBƏTİ TƏHÜLKƏ

2024/25 mövsümünün startına sayılı günlər qalıb.

Avqustun 2-4-ü aralığında Premyer Liqada ilk turun oyunları baş tutacaq.

Bundan 1-2 gün əvvəl isə hakim təyinatları gerçəkləşməlidir.

Hakimlər Komitəsinin sədri Barış Şimşek və Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov tutduqları postdan uzaqlaşıblar.

Cəlilovun yerinə Ömər Paşayev təyin olunsa da, sədrin kimliyi barədə məlumat yoxdur. Təsəvvür edin, 11-12 gündən sonra təyinatlar açıqlanmalıdır, hakimlərə müvafiq tapşırıqlar verilməlidir, lakin müdirin kimliyi bilinmir.

Bu, qızğın döyüşə hazırlaşan ordunun generalsız olmasına bənzəyir. Sözsüz, illərdir bu sahədə işləyən Ömər Paşayev çatışmazlığı hansısa mənada aradan qaldra bilər. Lakin bu, problemin kökündən həlli deyil axı.

Azərbaycan millisinə baş məşqçi axtarışlarını hər dəfə 6-8 ay davam etdirən AFFA rəsmiləri Rövşən Nəcəfin və digər yeni adların gəlişindən sonra da əvvəlki şakərindən əl çəkməyib. Yenə eyni hamam, yenə eyni tasdır.

Sədrin ölkə xaricindən olacağı şübhə doğurmur. İçimizdən biri olsaydı, ayyarımda həll edərdilər. Yeni gələn şəxs uyğunlaşmaq, hakimləri tanımaq, çempionatın ağırlığına bələd olmaq üçün zaman istəyəcək.

Və bu müddətdə çempionatda hakim idarəçiliyinin hansı vəziyyətdə olacağını təsəvvür etmək çətin deyil. Artıq indidən klub və komandada çalışanların canına vəlvələ düşüb.

Lakin kondisionerli otaqlarda sərinlənən bəylər Premyer Liqanı hansı təhlükə gözlədiyinin fərqinə varmırlar. Bu boyda ölkənin hakimləri çempionat ərəfəsində rəhbərsiz qalıb, adamlar belə də olmalıymış kimi davranıb susurlar.

Komitəyə sədr lazımdır, bəylər, sədr. Vallah-billah, lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?