"Qarabağ"da ən güclü futbolçu kimdi? - AÇIQLADI

28 Dekabr 2018 10:48 Premyerliqa 2 214
"Qarabağ"da ən güclü futbolçu kimdi? - AÇIQLADI

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev "instagram" sosial şəbəkə hesabının hekayə bölməsində azarkeşlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu müxtəlif suallara cavab verib:

Sizcə, dünyanın ən yaxşı klubu hansıdır?

- "Liverpul".

Üz-üzə gəldiyiniz ən çətin futbolçu?

- Kilian Mbappe.

Kriştiano Ronaldo, yoxsa Lionel Messi?

- Ronaldo.

"İmarət Tayfa" sizin üçün nə deməkdir?

- Futbolun məqsədi. Futbol sizin üçündür.

İstirahət üçün ən yaxşı yer?

- Dubay.

"Qarabağ"da ən güclü futbolçu kimdir?

- Mahir Mədətov, Abdullah Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Donald Gerye, Filip Ozobiç.

Bolqarıstanın tarixində ən yaxşı futbolçu.

- Xristo Stoiçkov.

Bakı, yoxsa Dubay?

- Bakı.

Kriştiano Ronaldo haqda nə düşünürsünüz?

- Futbol tarixinin qüsursuzu.

Abdullah Zubir, yoxsa Luka Modriç?

- Zubir driblinqdə Modriçdən daha yaxşıdır.

"Qarabağ"da xoşbəxtsiniz?

- Bəli.

Bolqarıstanlı futbolçulardan kimləri "Qarabağ"da görmək istəyirsiniz?

- Dimitar Evtimov, Bojidar Çorbadjiyski, Milen Qamakov və Georgi Milanov.

Daha güclü komandada oynaya bilərsiniz?

- Bəli, amma bunun üçün çox çalışmaq, daha istəkli olmaq lazımdır. Həm də yaxşı menecerə sahib olmalısan.

Bolqarıstana qayıtmaq barədə düşünürsünüz?

- Hələlik, belə bir planım yoxdur. Amma gələcəkdə nəyin necə olacağını kimsə bilmir.

Apollon Limassol barədə düşüncələrin necədir?

- Böyük şəhər, böyük fanatlar və böyük komanda.

Futbolçu olmsaydın, hansı peşəni seçəcəkdin?

- FIFA-nın peşəkar "playstadion" üzrə oyunçusu.

Hazırda hardasınız?

- Maldiv adalarında.

"Birmingem"lə bağlı düşüncələrin?

- Onlar yaxşıya doğru gedirlər. Ümid edirəm ki, Premyer Liqaya qayıdacaqlar.

"Sportinq"lə bağlı nə deyə bilərsən?

- Siz soruşun, cavablandırım.

"Sportinq"ə transfer olduğunuz üçün peşmansınız?

- Xeyr.

"Real", yoxsa "Barselona"?

- "Real".

"Qarabağ" növbəti mövsüm Çempioonlar Liqasına vəsiqə qazana bilər?

- Bunun üçün əlimizdən gələni edəcəyik

Sənin üçün baş məşqçi ilə birgə ideal 11-lik necədir?

- Noyer - Marselo, Ramos, Lam - Xavi, Cerrard, Ronaldinyo, Zidan - Kriştiano Ronaldo, Lionel Messi, Ronaldo

Məsut Özil, yoxsa Luka Modriç?

- Modriç.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!