COP29

"Səbail" və "Sabah" qələbəni əldən verdi - YENİLƏNİB

9 Noyabr 21:25 Premyerliqa 1 187
"Səbail" və "Sabah" qələbəni əldən verdi - YENİLƏNİB

Bu gün Premyer Liqada XIII turun daha iki oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Turan Tovuz"la qarşılaşacaq.

Görüş "ASCO Arena"da, saat 17:00-da start götürəcək.

Növbəti qarşılaşma isə "Sabah" və autsayder "Kəpəz" arasında reallaşacaq. Oyun saat 19:30-da, "Bank Respublika Arena" gerçəkləşəcək.

Turnir cədvəlində "Turan Tovuz" 25 xalla üçüncü, "Sabah" 17 xalla beşinci, "Səbail" 7 xalla doqquzuncu, "Kəpəz" isə 6 xalla sonuncu sırada qərarlaşıb.

Turun açılış oyununda "Neftçi" "Şamaxı" ilə heç-heçə edib - 2:2.

17:00. “Səbail” – “Turan Tovuz” 1:1

Qollar: Rüfət Abdullazadə 40 // Faiq Hacıyev 87
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"ASCO Arena"

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 21. Ayman Bouali, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 36. Azad Əsgərov, 10. David Qomis, 44. Amir Bilali
Məşqçi: Elvin Məmmədov

"Turan Tovuz": 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 80. Otto Con
Baş məşqçi: Kurban Berdiyev

19:30. “Sabah” – “Kəpəz” 2:2

Qollar: Orxan Əliyev, 32 (avtoqol), Kahim Parris, 73 - Orxan Əliyev, 4, Nicat Süleymanov, 88
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena".

"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 6. Abdullax Xaibullayev, 7. Boyan Letiç, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

"Kəpəz": 1. Rojerio Santos, 11. Orxan Əliyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 10. Karim Lkouça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!