
“Yeni mövsümdə “Zirə” kimi iki komanda olarsa, Premyer Liqa daha maraqlı hal alar.
Çempion “Qarabağ”ı təbrik edirik, amma Rəşad Sadıqovu da alqışlamaq lazımdır.
Sistem komandası olaraq nizam-intizam öz yerindədir, onu dayandırmaq çox çətin məsələdir.
Bu, bir daha göstərdi ki, məşqçiyə zaman tanımalı və düzgün strategiya qurub mərhələli şəkildə inkişaf edilməlidir. Bu zaman isə nəticə qaçılmazdır”.
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 32-ci turu dəyərləndirib.
Xüsusilə “Zirə”dəki inkişaf barəsində qeydlərini dilə gətirən E.Cəfərov yeni transferlərlə bərabər “Turan Tovuz”un rəqabətə ciddi töhvələr verə biləcəyini vurğulayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN