
Premyer Liqada XXXII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç heç-heçə nəticələnib - 2:2.
Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.
Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. Xallarının sayını 36-ya yüksəldən “Neftçi” isə altıncı pilləyə yüksəlib.
Turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.

20:00. “Sumqayıt” – “Neftçi” 2:2
Qollar: Bobir Abdixolikov 20), 52 // Bassala Sambu 60, Andrey Ştoqrin, 87
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanov, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Karaişvili, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
"Neftçi": 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 4. Elvin Camalov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.