
Premyer Liqanın XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.
Turun ötən gün baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. XXXII tura aprelin 28-də yekun vurulacaq.
19:00. “Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 64
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Tovuz şəhər stadionu
"Kəpəz": 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
"Zirə": 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 8. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 93. Yelmar Aşurov, 53. Şahmar Aşurov, 48. Ramiz Muradov, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.