Azərbaycanda daha bir ölkənin legioneri bu siyahıda özünə yer etdi

03:00 Premyerliqa 194
Azərbaycanda daha bir ölkənin legioneri bu siyahıda özünə yer etdi

Premyer Liqanın 2024-25 mövsümündə futbolçusu qol vuran xarici ölkə sayı 40-a çatıb.

Sportinfo.az xəbər verir ki, son olaraq Ruanda bu sıraya qoşulub.

“Səbail”in oyunçusu İnnosent Nşuti 31-ci turda “Sabah”la görüşdə fərqlənərək, cari mövsüm çempionatımızda qol vuran ilk ruandalı olub.

Buna qədər 39 fərqli ölkənin nümayəndəsi legioner həyatı yaşadığı Azərbaycanda adını tabloya yazdırmağı bacarmışdı.

Cari mövsüm Premyer Liqada ümumilikdə 377 qol qeydə alınıb ki, bunun 262-si gəlmələrin aktivinə yazılıb.

Oyunçuları ən çox qol vura ölkə Braziliyadır. Cənubi Amerika təmsilçiləri 57 dəfə fərqləniblər. Fransa 23 qolla ikinci, Portuqaliya 21 topla üçüncü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 10:40 Burada AYAQ SAXLA!