
“Sportinfo TV”də yayımlanan “Derbi özəl” verilişi maraqlı anlarla yadda qalıb.
Belə ki, tanınmış jurnalist Elçin Cəfərov “Qarabağ” - “Neftçi” matçı (3:0) barədə danışarkən qonaq komandanın mövcud durumu barədə dəyərləndirmələr edib.
O, studiyada dekor kimi istifadə edilən kuboku götürərək, “Neftçi”nin baş məşqçisi Samir Abasova səslənib:
“Görürsüz bu kuboku ? Əgər “Neftçi” cari mövsümü mükafatsız başa vurarsa, gəlib kuboku apara bilərsiz.
Çünki şanlı “Neftçi”nin mövcud durumu qəbuledilməzdir. Hələ səhnənin arxasında dayananlar barədə heç nə demirəm. Onlara da zaman gələcək”.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN