“Qarabağ” niyə belə etdi? - Başqa yerdə eşitməyəcəkləriniz bu VİDEOda!

11:55 Premyerliqa 561
“Qarabağ” niyə belə etdi? - Başqa yerdə eşitməyəcəkləriniz bu VİDEOda!

“Azərbaycan derbisində, gözlənildiyi kimi, yenə “Qarabağ” qələbə qazandı.

Azarkeşlərin bu dəfə digər oyunlara nisbətən çox olması fərqli motivasiya formalaşdırdı.

“Neftçi”də birinci faza ilə ikinci faza arasında təxminən 30 metrlik boşluq var idi ki, bu da ağdamlı futbolçuların daha rahat topa sahib olmalarına şərait yaradırdı. Bir sözlə “Qarabağ” azacıq temp verdiyi zaman “Neftçi” çox çətinlik çəkirdi”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Derbi özəl” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Qarabağ” - “Neftçi” qarşılaşması (3:0) başa çatanan sonra canlı yayımda təhlillər aparıb, azarkeşlərin ünvanladıqları suallara cavablar veriblər.

“Neftçi”də rəhbərliyin ciddi islahatlara başlayacağının anonsunu verən jurnalistlər komandanın mövsümü mükafatsız başa vuracağı təqdirdə futbola, cavabdeh şəxslərin istefa verəcəyini diqqətə çatdırıblar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti